İngiltərə Super Kubokunun qalibi bəlli olub.
Fanat.Az xəbər verir ki, Super Kubok uğrunda matçda Premyer Liqanın son qalibi "Mançester Siti” və Federasiya Kubokunun sahibi "Çelsi” üz-üzə gəlib.
"Uembli” stadionunda keçirilən oyunda "Mançester Siti”nin hücumçusu Serxio Aquero komandasına qələbə qazandırıb - 2:0. Argentinalı ulduz 13-cü və 58-ci dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, "Mançester Siti" tarixi ərzində beşinci dəfə Super Kubokun qalibi olub. Daha əvvəl klub 1937, 1968, 1972 və 2012-ci illərdə bu kuboka sahib çıxıb.
Fanat.Az