Dmitri Nağıyevin yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, o, karyerasını Portuqaliyada davam etdirəcək. 22 yaşlı futbolçu adıçəkilən ölkənin I divizionunda çıxış edən "Cova da Piedade” klubu ilə müqavilə imzalayıb.
Nağıyev iyunun 3-də "Sumqayıt"la müqavilə bağlasa da, bir müddət sonra tərəflər qarşılıqlı razılıq əsasında anlaşmanı pozmuşdu. Klub rəhbərliyi futbolçunun müqaviləsində yer alan xarici klubdan təklif gələcəyi təqdirdə getməsinə icazə veriləcəyi ilə bağlı bəndə əsasən belə addım atdıqlarını bildirmişdi.
Fanat.Az