19:22 06.08.2018 1131

BATE-nin baş məşqçisi: \"Məqsəd qrupa düşməkdi\"

"Qarabağ” təcrübəli və keyfiyyətli komandadır. Son illər avrokuboklarda qrup mərhələsində çıxış edib. Komandaya Qurban Qurbanov kimi təcrübəli mütəxəssis rəhbərlik edir. Kiminlə oynadığımızı yaxşı bilirik. Şansların bərabər olduğunu düşünürəm”.

 

Fanat.Az xəbər verir ki, bu fikirlər BATE-nin baş məşqçisi Aleksey Baqaya məxsusdu. 37 yaşlı çalışdırıcı Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ”la Bakıda keçirəcəkləri ilk oyundan öncə ənənəvi mətbuat konfransına qatılıb. O,Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında media mənsubları önünə çıxıb.

- Son həftələrdə komandanız uzaq səfərlər edib. Bunun işinizə mənfi təsiri ola bilər?

- Avrokuboklarda çıxış edirsənsə, belə şərtlərə hazır olmalısan. BATE Finlandiyadan gəlsə də, bu, bizə problem yaratmayıb.

 

- BATE HİK-lə görüşdə yaxşı görünmədi. Bu, rəqibi qiymətləndirməməklə bağlı idi, yoxsa öz oyunuzu nümayiş etdirə bilmədiz?

- Hər ikisini qeyd edərdim. Evdə qolsuz heç-heçə qeydə alındı. Səfərdə isə 2 qol vuraraq mərhələni adladıq.

 

- "Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib ki, ilk matçı Bakıda keçirmək BATE üçün üstünlükdür. Bununla razısız?

- Bunu demək çətindir. Bizim də ilk matçı evdə keçirdiyimiz vaxtlar olub. Lakin "Qarabağ”ın kapitanı ilə razılaşmamaq mümkün deyil. Çünki təcrübəli futbolçudur.

 

- "Qarabağ”ın ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi hansı oyunları izləmisiz?

- Hamısını. İşimiz budu.

 

- Pro kurslarında Aftandil Hacıyev və Ayxan Abbasovla bir yerdə olmusuz. Onlardan hansısa məlumat almısız?

- Təbii ki, əlaqə saxlamışam. Amma tam başqa mövzuda. Onlar mənə hədiyyə gətirmişdilər. Bununla bağlı məsələdi.

 

- Bakıda sizi hansı nəticə qane edir?

- Oyuna ciddi hazırlaşmışıq. İstənilən müsbət nəticəyə razıyıq.

 

- Cütün qalibi "Qarabağ” olmasa, bizim üçün sürpriz sayılacaq. Bəs siz keçə bilməsəz, bunu faciə kimi qəbul edəcəksiz?

- Təbii ki, uğursuzluq olacaq. Qarşımıza qoyulan məqsəd bacardıqca irəli getmək və qrupa düşməkdi.

 

- Pley-off mərhələsində PSV-nin cütün qalibini gözləməsi motivasiyanıza mənfi təsir etmədi ki?

- Bu barədə danışmaq tezdi. Hazırda yalnız "Qarabağ” haqda düşünürük.

 

- Azərbaycandan fərqli olaraq, Belarusda çempionat başlayıb. Bu sizin üçün üstünlükdü?

- "Qarabağ” yaxşı toplanış keçib, avrokubokda 4 oyuna çıxıb. Bu həftə Azərbaycanda da çempionat da başlayacaq. Hər şeyə rəğmən, avrokubok görüşlərinin tam fərqli ab-havada keçəcək.

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

Facebookdan bizi izləməyi unutmayın.
X