Bu gün "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Belarusun BATE klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç saat 21.00-da start götürüb.
Matçın ilk yarısında Rəşad Sadıqovun kobud səhvindən sonra qonaqlar hesabı açıb. Arzuladığı qolu vuran belaruslular ikinci yarıda müdafiəyə daha çox diqqət ayırıb. İkinci 45 dəqiqədə bir neçə qol imkanı yaxalayan ağdamlılar bərabərlik qolunu vura bilməyib və ÇL-in pley-off mərhələsində oynamaq şansını azaldıb.
Qeyd edək ki, "Qarabağ” - BATE cütünün qalibi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV klubu ilə qarşılaşacaq. Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırarsa, Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyun
7 avqust
Qarabağ (Azərbaycan) - BATE (Belarus) 0:1
Qol: Draqun, 36
Qarabağ: 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 8. Miçel, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 28. Con Delarj, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye.
Ehtiyat oyunçular: 13. Vaqner, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
BATE: 48. Denis Şerbitski, 4. Aleksandr Filopiviç, 5. Yevgeni Yablonski, 8. Stanislav Draqun, 10. Mirko İvaniç, 13. Nikolay Siqneviç, 17. Aleksey Rios, 21. Yeqor Filipenko, 22. İqor Staseviç (k.), 25. Dmitri Baqa, 42. Maksim Volodko.
Ehtiyat oyunçular: 35. Anton Çiçkan, 7. Yevgeni Beryozkin, 11. Aleksandr Qleb, 15. Maksim Skavış, 23. Zaxar Bolkov, 24. Yasse Tuominen, 45. Vladislav Muxamedov.
Baş məşqçi: Aleksey Baqaya.
Hakimlər: Andreas Ekberq, Mehmet Kulum, Stefan Hallberq, Kristofer Karlsson (İsveç).
Hakim-inspektor: Robert Sedlaçek (Avstriya).
UEFA nümayəndəsi: Oljas Abrayev (Qazaxıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Fanat.Az