Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda BATE-yə 0:1 hesabıyla yenilən "Qarabağ” son 5 ilin ən pis nəticəsini göstərib.
Belə ki, Ağdam komandası avrokubokların təsnifat mərhələlərində öz meydanında son dəfə 2013-cü ildə, 22 avqust tarixində "Ayntraxt”a uduzmuşdu - 0:2.
Almaniya təmsilçisiylə ağdamlılar Avroliqanın pley-offunda üz-üzə gəlmişdi.
Maraq üçün xatırladaq ki, cavab qarşılaşmasında təmsilçimiz 1:2 hesablı yenilgi almışdı.
Fanat.Az