"Səbail” heyətinə yeni futbolçu qatıb.
Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi meksikalı yarımmüdafiəçi Edqar Paçekonu transfer edib. 28 yaşlı futbolçu ilə bağlanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Edqar Paçeko son olaraq Cənubi Kiprin "Ermis" komandasında çıxış edib. O, "Tiqres"lə 2011-ci ildə Meksika çempionatının, 2014-cü ildə isə ölkə kubokunun qalibi olub. Futbolçu karyerası ərzində "Ermis"dən başqa Meksikanın "Atlas", "Tiures", "Leon", "Zakatekas", "Queretaro", "Xuares", Cənubi Koreyanın "Qanqvon" və Bəhreynin "Əl-Nacma" klublarında oynayıb.
Edqar Paçeko 2009-2011-ci illərdə Meksika millisinin də şərəfini qoruyub. Yığmada 5 oyun keçirən yarımmüdafiəçi 1 qol vurub.
Fanat.Az