Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda "Qarabağ”ı Bakıda yenən (1:0) BATE istirahətin ardından bu gün yenidən toplaşıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Aleksey Baqanın rəhbərliyi altında cavab matçının hazırlıqlarına başlayıb.
BATE - "Qarabağ" matçı avqustun 14-də "Borisov Arena"da keçiriləcək. Görüşün start fiti Bakı vaxtı ilə 21:00-da səsləndiriləcək.
Fanat.Az