Topaz Premyer Liqanın debütantı "Sabah" 2018/19 mövsümü üçün iştirak ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib.
Fanat.Az xəbər verir ki, debütant 20 futbolçu sifariş edib. Bunlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 8-i yarımmüdafiəçi, 1-i hücumçudu. Sabahın heyətində 4 legioner yer alıb.
Qeyd edək ki, "Sabah" mövsümün ilk turunda "Keşlə"nin qonağı olacaq. Avqustun 12-də "ASK Arena"da keçiriləcək matç saat 21.00-da başlayacaq.
Qapıçılar: 96. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 30. Saşa Stamenkoviç (Serbiya).
Müdafiəçilər: 13. Filip İvanoviç (Serbiya), 25. Vanderson Naskimento (Braziliya), 2. Ülvi İbazadə, 21. Novruz Məmmədov, 5. Kərim Diniyev, 3. Elvin Bədəlov, 33. Eltun Turabov, 19. Məqsəd İsayev.
Yarımmüdafiəçilər: 15. Erik Ramos (Paraqvay), 11. Elgün Nəbiyev, 27. Bəxtiyar Soltanov, 8. Elşən Abdullayev, 6. Vadim Abdullayev, 4. Tərzin Cahangirov, 10. Cavid İmamverdiyev, 7. Vitali Kvaşuk (Ukrayna).
Hücumçu: 14. Tural Qurbətov.
Fanat.Az