Topaz Premyer Liqasında 2018/19 mövsümünün ilk turunun oyunları üçün hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, mövsümün ilk fitini Rauf Cabbarov çalacaq. Belə ki, "Qarabağ" - "Zirə" oyunu təxirə salındığından açılış oyunu "Sumqayıt" və "Neftçi" arasında keçiriləcək.
"Keşlə" - "Sabah" qarşılaşmasını FIFA referisi Əliyar Ağayev idarə edəcək. "Qəbələ" - "Səbail" matçında isə ədaləti digər beynəlxalq dərəcəli hakim Rəhim Həsənov qoruyacaq.
11 avqust
20.00 Sumqayıt - Neftçi
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, İnqilab Məmmədov.
"Dalğa Arena”.
12 avqust
19.00 Qəbələ - Səbail
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, İsgəndər Əliyev, Ramil Diniyev.
Qəbələ şəhər stadionu.
21.00 Keşlə - Sabah
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov.
"ASK Arena".
Fanat.Az