2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Səbail” daha bir əcnəbi futbolçunun transferini reallaşdırıb.
Klubun mətbuat katibi Törə Əhmədovanın "Report"a verdiyi məlumata görə, paytaxt təmsilçisi bolqarıstanlı futbolçu Emil Martinovu heyətinə qatıb.
26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Emil Martinov son olaraq Bolqarıstanın "Slaviya" (Sofiya) klubunda çıxış edib. O, əvvəllər Bolqarıstanın "Dorostol", "Svetkavitsa", "Sliven 2000", "Spartak" (Varna), "Oborişte", Almaniyanın "Türk SV Pfaffenhofen" və "Ayçax" klublarında top qovub.
Fanat.Az