Topaz Premyer Liqasının 2018/19 mövsümünün ilk qolu vurulub.
Fanat.Az xəbər verir ki, elitanın ilk topu I tur çərçivəsində hazırda davam edən"Sumqayıt” - "Neftçi” matçında qeydə alınıb.
Görüşdə hesabı açan Mirabdulla Abbasov 27-ci Azərbaycan çempionatının ilk qoluna 27-ci dəqiqədə imza atıb.
Qeyd edək ki, müstəqillik dönəmində "Neftçi”nin futbolçuları 3 dəfə açılış qoluyla yadda qalıb. Bunu daha öncə 2 dəfə "Qarabağ”la millinin çalışdırıcısı Qurban Qurbanov və Elvin Bədəlov edib.
Fanat.Az