"Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Qəbələ"yə 0:3 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının ilk tur matçından sonra fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, baş məşqçi səhvlərinin olduğunu bildirib: "Görüşün çətin olacağı gözlənilirdi. Oyunumuzu matçdan-matça yaxşılaşdırmağa çalışacağıq. Yaxşı vəziyyətlərimiz də oldu. Ancaq əlbəttə, səhvlərimiz də var və onları təhlil edəcəyik. Son 2 həftədi komandanı formalaşdırmışıq. İlk matçımız "Sabah"la yoldaşlıq görüşü idi. Bu, ikinci matçımızdı. Əlbəttə, bu, görmək istədyim "Səbail" deyil. Daha yaxşı komandanı görəcəyinizə söz verirəm.
Aftandil Hacıyev komandanın kapitanı Rahid Əmirquliyevin dövlət himnini oxumaması ilə bağlı da danışıb: "Rahidin himnimizi oxuyub-oxumadığını deyə bilmərəm. Bunu özündən soruşsanız, yaxşıdı. Əmirquliyev nümunə göstərdiyimiz futbolçulardandı. O, xasiyyətinə, davranışına görə həmişə örnək olub. Düşünümürəm ki, hörmətsizlik etsin".
Fanat.Az