"İlk oyun olduğundan, uşaqlarda həyacan vardı. Futbolçularıma demişdim ki, rəqibin yeni baş məşqçisi var, ona özlərini göstərmək istəyəcəklər. Matç "Keşlə"nin üstünlüyü şəraitində keçdi. Lakin biz də yaxşı oynadıq və qələbə qazandıq. Qələbəni klubumuzun rəhbərinin balaca körpəsinə həsr edirik. Onun ad günüdü".
Fanat.Az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının I turunda "Keşlə" üzərində 1:0 hesablı qələbədən sonra deyib.
Baş məşçi Marko Deviçdən başqa hücumçu almaycaqlarını bildirib: "Yerli futbolçulardan bizə çox da həvəslə gələn olmadı. Ona görə 6 legioner götürdük. Bundan sonra əcnəbi istəmirik. İkinci mərkəz hücumçusunu öz içimizdən çıxarmalıyıq".
Elşad Əhmədov Cavid İmamverdiyevin növbəti oyunda meydanda olub-olmayaağı ilə bağlı suala cavab verib: "Zədəsi var. İmamverdiyev növbəti matçlarda meydanda olacağını əminliklə deyə bilmərəm. Çox istərdim ki, oynasın".
Fanat.Az