Futbol üzrə Türkiyə 1-ci liqasında yeni mövsümə start verilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi "Gənclərbirliyi” də 2018/19 mövsümündə ilk matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda "Hatayspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Dəniz bu görüşün iştirakçısı olmayıb. Forvard mübarizəyə sonadək ehtiyat oyunçular skamyasından baxıb.
Fanat.Az