İsveç çempionatında 17-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin şərəfini qoruduğu "Kalmar” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Ostersun”la münasibətlərinə aydınlıq gətirib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
Bir müddətdi zədədən əziyyət çəkən Emin bu görüşdə meydana çıxmayıb.
"Kalmar” hazırda 23 xalla 16 iştirakçı arasında 9-cu pillədə mövqe tutub.
Fanat.Az