Çexiyanın futbol üzrə gənclər liqasında 4-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, U-21 millimizin üzvü Fərid Nəbiyevin komandası - "Slaviya” da növbəti oyununa çıxıb. Sözügedən kollektiv doğma meydanda "Prşibram” ilə qarşılaşıb. Meydan sahibləri bu oyundan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.
Nəbiyev də görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan azərbaycanlı futbolçu sonadək oynayıb. Komandasının yeganə qoluna da Fərid imza atıb. O, 3-cü dəqiqədə hesabı açsa da, komandası qalan dəqiqələrdə qapısından 2 top buraxıb.
"Slaviya”nın U-21 komandası hazırda 3 xalla 12 komanda arasında 9-cu pillədə qərarlaşıb.
Fanat.Az