"Keşlə” klubu daha iki futbolçu ilə müqavilə bağlayıb.
Bu barədə paytaxt təmsilçisinin meneceri Eldəniz Yusifov məlumat verib. O, bildirib ki, Samir Məsimovla 2, Ruslan Nəsirli ilə isə 1 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Məsimov ötən mövsüm Rusiyanın "Fakel” komandasının formasını geyinib. Nəsirli isə MOİK-də çıxış edib. (Report)
Fanat.Az