Bakıda 1:0 hesabıyla yendiyi "Qarabağ”la öz meydanında qollu bərabərliyə razılaşaraq (1:1) Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn BATE-nin yarımmüdafiəçisi Aleksandr Qleb Borisovdakı cavab matçından sonra açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, "Football.by”nin əməkdaşıyla söhbətdə məşhur futbolçu belə deyib: "Bərabərsəviyyəli oyun getdi. Bir qədər bəxtimiz gətirdi. Rəqib azlıqda qalanda belə, oyundan qopmamışdı. Üzərimizdə təzyiq hiss edirdik. "Qarabağ”ın fərdi cəhətdən güclü oyunçuları çoxdu. Öncəki mərhələdə mübarizədən kənarlaşdırdığımız HİK-dən üstün komandadı. Allaha şükür ki, çox güclü kollektivi keçə bildik”.
Fanat.Az