Minskdə təlim-məşq toplanışında olan futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 1:0 hesabı ilə qalib gəlib. Millimizin heyətində Nigar Mirzəliyeva fərqlənib.
Xatırladaq ki, bu komandalar arasında avqustun 12-də keçirilmiş oyunda Belarus yığması eyni hesabla qalib gəlmişdi.
Fanat.Az