Cənubi Koreya millisinin yeni baş məşqçisi açıqlanıb.
Fanat.Az xəbər verir ki, Asiya ölkəsinin yığmasını Paulu Bentuya çalışdıracaq. 2022-ci ilə qədər müqavilə bağlayan 49 yaşlı portuqaliyalı mütəxəssis bu postda "DÇ-2018"dən sonra istefaya göndərilən Sin Txe Yeni əvəzləyib.
Qeyd edək ki, Paulu Bentuya indiyədək Portuqaliyanın "Sportinq" (2005-2009), Braziliyanın "Kruzeyro" (2016), Yunanıstanın "Olimpiakos" (2016-2017) və Çinin Çuntsin Lifan" (2018) klublarını çalışdırıb. O, 2010-2014-cü illərdə Portuqaliya milisinə başçılıq edib.
Fanat.Az