Topaz Premyer Liqasında ilk turun rəmzi komandası müəyyənləşib.
Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, rəmzi komandada "Qəbələ"dan 5, "Neftçi"dən 4, "Keşlə" və "Sabah"ın hərəsindən isə 1 futbolçu yer alıb.
Qapıçı: Səlahət Ağayev ("Neftçi”)
Müdafiəçilər: Anton Krivotsyuk ("Neftçi”), Kərim Diniyev ("Sabah”), Azər Salahlı ("Keşlə”), İlqar Qurbanov ("Qəbələ”)
Yarımmüdafiəçilər: Təmkin Xəlilzadə, Sabien Lilay, Lalavele Atakora (hamısı "Qəbələ”), Emin Mahmudov ("Neftçi”)
Hücumçular: Ceyms Adeniyi ("Qəbələ”), Mirabdulla Abbasov ("Neftçi”)
Qeyd edək ki, rəmzi komanda "InStat” şirkətinin təhlilinə əsasən formalaşıb.
Fanat.Az