Millimizin futbolçusu Ramil Şeydayevin "Krılya Sovetov"a keçidi rəsmiləşib.
Fanat.Az xəbər verir ki, bu barədə bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, 22 yaşlı hücumçu ilə 2018/19 mövsümünün sonuna kimi müqavilə imzalanıb. O, yeni klubunda 11 nömrəli forma ilə çıxış edəcək.
"Krılya Sovetov" Ramillə yanaşı, Sloveniya millisinin müdafiəçisi Miral Samardjiçlə də anlaşıb.
Qeyd edək ki, Ramil bu ay "Trabzonspor"la yolları ayırıb. Millimizin üzvü ötən mövsüm icarə əsasında "Qarabağ"da oynayıb.
Fanat.Az