"Milan”ın və Qana millisinin sabiq futbolçusu Kevin-Prins Boatenq özünü yeni sahədə sınamağa başlayıb.
Fanat.Az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi özünü repçi kimi sınamaq qərarına gəlib və "King" adlı mahnısına çəkilmiş ilk klipini təqdim edib. Klipə "YouTube”də qısa zamanda 200 mindən çox baxılıb. Almaniyada doğulan qanalı futbolçu "PRINSS Boateng” ləqəbi ilə çıxış edəcək.
Qeyd edək ki, 2010-2014-cü illərdə Qana millisinin formasını geyinən forvard karyerası ərzində Almaniyanın "Herta”, "Şalke”, "Borussiya” (Dortmund), "Ayntraxt”, İngiltərənin "Tottenhem”, "Portsmut” və İspaniyanın "Las Palmas” komandalarında da çıxış edib. O, hazırda İtaliyanın "Sassuolo" klubunda çıxş edir.