"Keşlə” heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi litvalı müdafiəçi Edvinas Girdvainisi heyətinə qatıb. Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 25 yaşlı futbolçunun son klubu Tel-Əviv "Hapoel”I olub. Girdvainis bundan əvvəl ölkəsində "Ekranas”, İspaniyada "Marbelya”, Polşada "Pyast” və Rusiyada "Tom” klublarının formasını geyinib. 2016-cı ildə Litva millisinə dəvət alan müdafiəçi yığmada 10 oyun keçirib.
Fanat.Az