"Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində "Şerif”ə qarşı keçirəcəyi ilk oyunun təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, avqustun 23-də Moldovanın Tiraspol şəhərində baş tutacaq qarşılaşma avstriyalı hakimlərə tapşırılıb.
Matçın baş hakimi Harald Lexner olacaq. Ona Andreas Heydenrex və Maksimilian Kolbim yardım edəcək. 4-cü hakim funksiyasını Yulian Veynberger yerinə yetirəcək.
Hakimlərin işinə ukraynalı hakim-inspektor Vladimir Petrov qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə finlandiyalı Teuvo Holopaine olacaq.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.
Fanat.Az