İspaniya La Liqasnın 6000-ci qolu vurulub.
Fanat.Az xəbər verir ki, tarixi qolu müəllifi "Barselona"nın ulduzu Lionel Messi olub.
Argentinalı futbolçu ilk turun "Alaveş"lə ev oyununun 64-cü dəqiqədə cərimə zərbəsini dəqiq yerinə yetirib. O, 90+2-ci dəqiqədə də fərqlənib. Daha bir qolu isə 83-cü dəqiqədə Filip Koutinyo vurub. Nəticədə "Barselona" 3:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Messi La Liqanın 5000-ci qolun da müəllifi olmuşdu. Bu, 1 fevral 2009-cu ildə "Rasinq"lə keçirilən oyunda baş vrmişdi. "Barselona"nın 2:1 hesabı ilə qalib gəldiyi həmin oyunda da argentinalı ulduz dubl etmişdi.
Fanat.Az