İspaniya Sequndasında yeni mövsümə start verilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Alkorkon” da növbəti matçına çıxıb.
Ediinin komandası Xixon "Sportinq”i ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan heç-heçə ilə ayrılıb - 1:1.
İsrafilov da bu görüşün iştirakçısı olub. O, matçın 84-cü dəqiqəsində meydana buraxılıb.
Fanat.Az