Hollandiya Kubokunun oyununda maraqlı hadisə baş verib.
Fanat.Az xəbər verir ki, turnirin 1/128 final mərhələsinin "Staphorst" - QOES matçında qapıya yan tərəfdən daxil olan topu hakim qol olaraq eydə alıb.
Belə ki, top qapı torununun yan tərəfindəki yırtıqdan içəri daxil olub. Lakin baş hakim köməkçiləri ilə birgə qol qərarı verib.
Oyun QOES-in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Fanat.Az