Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində "Zirə”nin U-19 komandası ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, görüş 4:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Musa Qurbanlının dubl etdiyi oyunda digər qolları Nemət Şıxəmirov və Samir Abdullayev vurub.
Qeyd edək ki, millimiz Qazaxıstanda keçiriləcək "Prezident kuboku” turnirinə hazırlaşır.
Fanat.Az