"Rostov"un azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev Rusiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına çağırılıb.
Fanat.Az xəbər verir ki, futbolçu Misirlə yoldaşlıq oyunu və Serbiya ilə 2019-cu il Avropa çempionatının seçmə mərhələ matçlarına dəvət alıb. Misirlə qarşılaşma sentyabrın 7-də Ximkidə, Serbiya ilə görüş ayın 11-də Nijni-Novqorodda baş tutacaq.
Qeyd edək ki, Ayaz Quliyevin Azərbaycan millisinə dəvət alması gözlənilir. Qaydalara əsasən, hər hansı futbolçu yalnız bir ölkənin əsas millisində oynaya bilər. O, Rusiyanın yalnız aşağı yaş qruplarından ibarət komandalarında çıxış etdiyindən, Azərbaycan millisinə çağırılması gələcəkdə də mümkündü.
Fanat.Az