Qazaxıstanın "Astana” klubunun futbolçusu Riçard Almeyda milli komandamıza çağırılıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanov milliləşdirilmiş yarımmüdafiəçini UEFA Millətlər Liqasının Kosovo və Malta ilə oyunlarına dəvət edib.
Qeyd edək ki, millimiz sentyabrın 7-də Bakıda Kosovonu qəbul edəcək. Komandamız 3 gün sonra isə səfərdə Maltanın qonağı olacaq.
Onu da qeyd edək ki, Almeyda 2017-ci ildən dəvət aldığı milli komandamızda 8 oyun keçirərək 1 qol vurub.
Fanat.Az