"İnStat” şirkəti Topaz Premyer Liqasının 2-ci turunun təhlilini yekunlaşdırıb.
Fanat.Az xəbər verir ki, aparılan təhlilə əsasən TPL-də ikinci turun ən yaxşı oyunçusu "Qarabağ”ın üzvü Filip Ozobiç seçilib.
Yarımmüdafiəçi "Qarabağ”ın heyətində TPL-də keçirdiyi debüt oyununda hamını üstələməyi bacarıb.
İlk turun ən yaxşı oyunçusu "Neftçi”nin üzvü Emin Mahmudov seçilmişdi.
Fanat.Az