"Zirə”də olduğum vaxtda ən zəif komanda gördüm. Oyundan öncə bir qədər problemlərimiz oldu. Pərdis zədələndi. Ancaq yenə də rəqibin istəyi bizdən çox idi və buna görə də qalib gəldilər”.
Fanat.Az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Ayxan Abbasov evdə "Sabah"a 0:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.
Baş məşqçi "Müdafiədə xeyli boşluqlar var idi. Bu, nə ilə bağlıdı" sualına belə cavab verib: "Bilirdik ki, "Sabah” oyunu əks-hücumlardan quracaq. İlk dəqiqələrdən iki kobud səhv etdik. Tək müdafiəçiləri deməzdim. Komanda şəklində zəif oynadıq.
Ayxan Abbasov transfer edib-etməyəcəkləri ilə bağlı konkret danışmayıb: "Tam komanda ilə məşq edə bilmirik. Etdiyimiz transferləri hələ bir yerə yığa bilmirik. Zədəlilərimiz çox olur. Bu gündən sonra transfer etmək çətindi. İstədiyimiz futbolçu çıxsa, ola bilər".
Fanat.Az