Bu gün U-17 millimiz "Prezident Kuboku”nda ikinci oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Ramin Quliyevin yetirmələri Qazaxıstanda keçirilən ənənəvi turnirdə meydan sahibləri ilə qarşılaşıb.
Təmsilçimiz həmyaşıdları ilə görüşdə 1:1 hesablı bərabərliyə razılaşıb. Komandamızın heyətində Musa Qurbanlı fərqlənib. Heç-heçə seçməmizin finala yüksəlməsinə bəs edib. Belə ki, ilk turda Azərbaycan Qırğızıstanın U-17 millisini 3:0 yenmişdisə, qazaxlar qonşularına "quru hesab”la qalib gələ bilməmişdi – 3:1.
Daha yaxşı nəticə göstərərək həlledici qarşılaşmaya vəsiqə qazanan millimiz Rusiyanın "Krasnodar” klubunun U-17 komandası ilə münasibətlərinə aydınlıq gətirəcək.
Final matçı avqustun 28-də keçiriləcək.
Fanat.Az