21:31 26.08.2018 1338

Mladen Milinkoviç: "Keşlə"yə oyun qurucusu lazımdı"

"Keşlə”nin baş məşqçisi Mladen Milinkoviç Topaz Premyer Liqasının 3-cü turunun "Səbail”lə oyunundan sonra (1:2) ənənəvi mətbuat konfransına qatılıb.

 

Fanat.Az xəbər verir ki, serb çalışdırıcı yenilgini şərh edib və jurnalistlərin suallarını cavablandırıb:


"Təbii, evdə uduzmaq bizim üçün yaxşı hal deyil. Səhvlərimiz oldu. Bu, yeniyetmələrdən ibarət kollektiv deyil, peşəkar komandadı. Uşaq səhvləri buraxdıq. Qapımıza ilk top vurulandan sonra bərabərlik topunu vurmağa çalışdıq. Amma çoxsaylı səhvlərimiz durumu dəyişməyə imkan vermədi. İkinci hissənin əvvəlində buraxdığımız 2-ci qol bizi daha çətinə saldı. Düzdü, penaltidən vurduğumuz qol bizi ümidləndirsə də, ardını gətirmək mümkün olmadı. "Səbail” çox ağıllı, sürətli futbol oynadı və səhvlərimizdən lazımınca faydalandı. nəticəsində 3 xalı qazandı. Əlbəttə, mən və komandam yaxşı vəziyyətdə deyilik. Millilərin oyunları ilə əlaqədar yaranmış uzunmüddətli fasilə daha yaxşı hazılaşmaq imkanımız olacaq. Həmin fasilədən sonra qələbələr qazanacağımıza ümid edirəm".


- "Keşlə” üçün təqvim çox əlverişli idi. 3 oyuna 9 xal yığa bilərdiz. Bundan sonra favorit "Neftçi" ilə görüşəcəksiz. Hansı yaxşı nəticəyə ümid edirsiz?
- Komandalar kağız üzərində zəif ola bilərlər. Premyer Liqada hamı bir-birini uda bilər. Yalnız "Qarabağ”ı fərqləndirərdim. Onlarda yüksək keyfiyyətli futbolçular var. Digərlərinin eyni səviyyədə olması qənaətindəyəm. Bizim də müəyyən istiqamətimiz var. Biz də 3 xalı qazanmaq istəyirik. Son məğlubiyyət gözlənilməz oldu. Ona görə bizə pis təsir etdi.

- Sezar Meza Kollinin gedişindən sonra "Keşlə” xeyli zəiflədi. Onun mövqeyinə yeni oyun qurucusu lazımdı?
- Haqlısız. "Keşlə”yə oyun qurucusu lazımdı və belə oyunçu axtarırıq. Meydanda pleymeyker olmalıdı. Komandaya 20-25 metrlik məsafəyə dəqiq ötürmə verən, topa nəzarət edən futbolçu lazımdı.

- Kapitanınız - qapıçı Kamran Ağayev son saniyələrdə əlcəklərini kənara atdı. Onun bu hərəkəti haqda nə deyə bilərsiz?
- Təbii ki, son dəqiqələrdə hamı qapıya doğru gedərək bərabərlik qoluna öz töhfəsini vermək haqda düşünürdü. Bu zaman bəzən qaydaları müəyyən mənada pozursan. Ancaq qaydalar hamı üçün eynidi. Kamranın hərəkətinə bərabət qazandıra bilərəm. Onun bu addımını əsəbiliklə əlaqələndirərdim.

Fanat.Az



Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

Facebookdan bizi izləməyi unutmayın.
X