Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində baş tutan "Qarabağ” – "Neftçi” oyunundan (1:1) sonra bakılıların baş məşqçisi Roberto Bordin jurnalistlər önünə çıxıb.
Fanat.Az xəbər verir ki, italiyalı çalışdırıcı heç-heçəyə qısa şərh verib və media mənsublarının suallarını cavablandırıb:
"Gülən üzləri görmək xoşdu. Çox güclü komanda olduğumuzu sübut etdik. Çox sayda qol imkanı yaxaladıq. Ağır oyun keçirsək də, öz oyunçularımdan razıyam".
- "Neftçi" qələbə də qazana bilərdi.
Ancaq ikinci hissədə qorxaq futbolla diqqət çəkdiz...
- 7-8 qol epizodu yaratdıq. Buna qorxaq, müdafiə futbolu deyirsiz? Qələbə
topunu da vura bilərdik. Müdafiə futbolu oynayan komanda qol vəziyyətləri
yarada bilməz.
- Azərbaycan klublarına əcnəbi baş məşqçilər yerli
futbolun inkişafı üçün dəvət olunur. Amma Rəhman Hacıyevlə Mirabdulla
Abbasov gəlmələrin kölgəsində yatır. Onların əsas heyətdə
oynamamaları nə ilə bağlıdı?
- Biz heyəti məşqlərə əsasən qururuq. Yerli ilə legionerə fərq
qoymuruq. Mən yenə eyni qaydada məşqlərimi keçirirəm.
- Baqali
Dabo ötən mövsüm bombardir olsa da, cinah hücumçusu kimi oynayır. Kvame Karikari isə mərkəzdə
yer alır. Dabonun hücumun mərkəzində oynamamasının səbəbi nədi?
- Dabo cinah oyunçusudu. O, həm cinahda, həm də mərkəzdə işlədi.
-
"Qəbələ" ilə oyunda da rəqibinizin xeyli qol vəziyyəti olmuşdu, bu
dəfə də. "Neftçi"nin bəxtinin gətirdiyini düşünmürsüz? Müdafiə
xəttinizdəki anarxiyaya nə zaman son qoyulacaq?
- Anarxiyadan söhbət gedə bilməz. Belə olsaydı, bu qədər hücum futbolu göstərə
bilməzdik.
- Kifayət
qədər gülən sima gördüyünüzü dediz. Lakin simanız kifayət qədər ciddidi. Məgər sizi bu
nəticə qane etməyib?
- Gülümsəməyiniz çox xoşuma gəldi. Kifayət qədər gözəl oyun göstərdik. Lazım
olanda müdafiə, lazım olanda hücum futbolu sərgilədik. Oyunumuzdan razı
qaldım.
- Bəs nəticədən?
- Bir tərəfdən xoşbəxtəm ki, səfər oyununda heç-heçə etdik. Digər
tərəfdən, qol vəziyyətlərimizi dəyərləndirə bilmədiyimizə görə üzgünəm.
Fanat.Az