Topaz Premyer Liqasının 3-cü turunda "Neftçi"ni qəbul edən və 1:1 hesablı heç-heçəyə razılaşan "Qarabağ"ın hücumçusu Con Delarj matçdan sonra jurnalistlər önünə çıxıb.
Konqo millisinin forvardı oyun barədə qısa danışıb, ardından 4 suala cavab verib:
- Həqiqətən də yaxşı oyun oldu. Əsl böyük oyun idi. Daha artığını bacara bilərdik. Düşünürəm ki, yaxşı oynadıq. Uğurlu çıxışa Avropa Liqasında davam etməliyik.
- Bu oyun Azərbaycan derbisidir. Son olaraq,
"Bursaspor"da çıxış etmisən. Bu matçı Türkiyə derbiləriylə
müqayisə edərdin.
- Müqayisələri sevmirəm. Derbi matçdı və əsas odur ki, oynadım.
- 90 dəqiqə oynamadı və əvəzləndin. Tam hazır
deyilsən?
- Necə hazır olmamaq olar? 87 dəqiqə mübarizə apardım. 25 futbolçumuz var və
məşqçi hamıya şans verir.
- Avropa Liqasında "Şerif"lə cavab görüşü
barədə nə düşünürsən?
- Bizi həyati önəm daşıyan matç gözləyir. Bu oyunu unudub, Avropa Liqasına
köklənməliyik. Qrup mərhələsinə düşmək üçün şansımızdan faydalanmalıyıq.
- "Neftçi"ni artıq tanıdın. Bu komanda
"Qarabağ"la birgə çempionluq mübarizəsində mübarizə apara bilər?
- İndidən bu haqda danışmaq çox tezdi. Hər komanda meydana qalib gəlmək məqsədiylə çıxır. Sonrasını zaman göstərəcək.
Fanat.Az