Çexiyanın gənclər liqasında 6-cı turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi "Slaviya” da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası "Slovan”ı qəbul edib. Meydan sahibləri bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2. Nəbiyev də bu görüşün iştirakçısı olub. O, meydana start heyətində çıxıb və 80-ci dəqiqədə əvəzlənib.
"Slaviya”nın U-21 komandası hazırda 3 xalla 12 komanda arasında 11-ci pillədə qərarlaşıb.
Fanat.Az