"Şerif”in baş məşqçisi Qoran Sabliç Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşması – "Qarabağ”la səfər oyunu ərəfəsində açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, mütəxəssis klubun saytına danışıb:
"İlk oyunda qazandığımız nəticə qrup haqda düşünməyə imkan verir. Əhvalımız yaxşıdı. Bilirik ki, rəqib meydanında işimiz asan olmayacaq. Amma inanıram ki, ikinci qarşılaşmaya komanda həm fiziki, həm də psixoloji cəhətdən hazır çıxacaq. Bakıda Yuri Kendışın oynamayacağı dəqiqdi. Əlbəttə, onun yerinə əvəzləyici tapmaq asan iş deyil. Bununla belə, müəyyən variantlarımız var. Meydana çıxan hər oyunçu istəyini ortaya qoymalı, özünü itirməməlidi. Fikrimcə, hər şey normal olacaq”.
Fanat.Az