"Qarabağ” – "Şerif” oyununa bilet satışı davam edir.
Fanat.Az xəbər verir ki, avqustun 30-da baş tutacaq qarşılaşmaya maraq böyükdü. Təmsilçimiz ilk oyunda 0:1 hesabı ilə yenilsə də, bu saata qədər 7 mindən artıq bilet sahibini tapıb.
Qeyd edək ki, Avroliqanın pley-off mərhələsinin cavab matçının keçiriləcəyi "Tofiq Bəhramov” 31 200 azarkeş tutumuna malikdi.
Fanat.Az