"Yenidən milliyə çağırıldığım üçün şadam. Yığmada oynamaq hər futbolçunun arzusudu”.
Bu sözləri Fanat.Az-a açıqlamasında Rauf Əliyev deyib.
Robert Prosineçki dönəmində seçmədən kənarda qalan "Qəbələ”nin hücumçusu əlavə edib: "Mənə etimad göstərdiyi üçün Qurban müəllimə minnətdaram. Əlbəttə, məşqlərdə özünü daha yaxşı tərəfdən göstərənlər Millətlər Liqasında oynamaq imkanı qazanacaq. İlk oyunumuz Kosovo yığmasına qarşıdı. Öz meydanımızda qələbə qazanmaq, azarkeşlərimizi sevindirmək üçün bacardığımızı edəcəyik. Bu rəqiblə görüşün çətin keçəcəyinə əminəm. Necə oynayacağımıza baş məşqçi qərar verəcək. Öz növbəmizdə biz də sonadək mübarizə aparmağa hazır olmalıyıq”.
Fanat.Az