U-21 millimizin üzvü Ziya Əzizov "Den Boş”u tərk edir.
Fanat.Az-a verilən məlumata görə, Hollandiya klubu Ziya ilə əməkdaşlığın davam etdirilməsinə ehtiyac duymayıb. Onun digər aşağı liqa təmsilçisi "NEK Neymegen”ə keçmək variantı daha realdı. Hərçənd "Ziya”nın başqa kluba üz tutması da mümkündü.
Qeyd edək ki, Ziya 2016-cı ildən "Den Boş”un uğurları üçün tər tökür. O, bu müddətdə 46 oyuna çıxaraq 4 qol vurub.
Fanat.Az