Millətlər Liqasının rəsmi topu nümayiş olunub.
Fanat.Azxəbər verir ki, ilk dəfə təşkil olunacaq turnirdəağ və gümüşü rənglərin vəhdətindən hazırlanan topdan istifadə olunacaq.
Topun üzərində Avropa ölkələrinin bayraqları da əksini tapıb.
Qeyd edək ki, Millətlər Liqasının qrup mərhələsinin oyunları 6 sentyabr – 20 noyabr aralığındakeçiriləcək. D liqasının III qrupunda yer alan Azərbaycan millisi sentyabrın 7-də Kosovo ilə evdə, 10-da isə Maltayla səfərdə qarşılaşacaq.
Fanat.Az