FIFA prezidenti Cianni İnfantino ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi "DÇ-2026" ilə bağlı ABŞ prezidenti Donald Trampla görüşüb.
Fanat.Az xəbər verir ki, görüşdə İnfantino Trampa sarı və qırmızı kartlarla dolu olan bir hakim kitabçası və FIFA-nın formasını hədiyyə edib.
Tramp isə zarafatla qırmızı kartı otaqdakıları çölə çıxarmaq üçün istifadə edib.
Görüşdə həmçinin ABŞ Futbol Federasiyasının prezidenti Karlos Kordeyro da iştirak edib.
Fanat.Az