Millətlər Liqasında ilk oyununu sentyabrın 7-də Bakı Olimpiya Stadionunda millimizə qarşı
keçirəcək Kosovo oyunun hazırlıqlarına bu gündən start verəcək.
Fanat.Azfederasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Bernard Şalandesin
rəhbərliyi altında bir araya gələcək kollektiv ilk məşqini isə sentyabrın 4-də
keçirəcək. Bakıya səfər öncəsi"Fadil Vakkri" stadionunda 2
məşq keçməyi planlaşdıran kosovoluların oyunöncəsi son hazırlığı isə sentyabrın
6-da paytaxtımızda olacaq.
Xatırladaq ki, Azərbaycan - Kosovo oyunu saat 21:00-da başlayacaq.
Fanat.Az