Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin İsrail yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə qrup oyununa təyinatlar açıqlanıb.
Fanat.Az xəbər verir ki, "Dalğa Arena”da keçiriləcək qarşılaşmanı Maltadan olan hakimlər briqadası idarə edəcək.
Referi Trustin Farruciya Kanna Alan Kamilyeri və Luke Portelli yan xətt hakimləri, Malkolm Spiteri isə dördüncü hakim qismində yardımçı olacaq.
Qeyd edək ki, sentyabrın 6-da keçiriləcək Azərbaycan - İsrail matçı saat 21:00-da başlayacaq.
Fanat.Az