"Keşlə" futbolçu Adrian Skarlatake ilə yollarını ayırıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, rumıniyalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılışma əsasında xitam verilib.
Qeyd edək ki, 2016-cı ildən "Keşlə"də çıxış edən Adrian Skarlatake başa çatan mövsümdə Azərbaycan Kubokunu qazanıb. O, 2011 - 2015-ci illərdə "Xəzər Lənkəran"ın formasını geyinib. Rumıniyalı oyunçu Lənkəran təmsilçisində Azərbaycan Kubokunun və Azərbaycan Super Kubokunun qalibi olub.
Fanat.Az