Milli komandamızın baş məşqçisi Qurban Qurbanov UEFA-nın rəsmi saytına açıqlama verib.
Fanat.Az xəbər verir ki, çalışdırıcı yığmamızın UEFA Millətlər Liqasındakı şanslarını dəyərləndirib. Qurbanov "AVRO-2020"nin final mərhələsinə vəsiqə qazanmağın çətin olacağını bildirib:
"Millətlər Liqası kimi turnirdə iştirak bizim üçün də yenilikdi. Hamı komandadan nəticə gözləyir. Ona görə də təzyiq həmişə olur. Deyə bilərik ki, Avropa çempionatının final mərhələsinə çıxmaq üçün əla şansımız var. Amma nəzərə alaq ki, turnirdə iştirak edən digər yığmalar da bizim kimi düşünür. Belədə isə məsuliyyət daha da artır. İndi hamı düşünür ki, Avropa çempionatına çıxmaq məhz Millətlər Liqasındakı matçlardan asılı olacaq. Baş məşqçi kimi isə mən turnirin bizim üçün ağır olacağını anlayıram. Üstəlik, hamının sizdən qələbə gözləməsi istər-istəməz həyəcan və məsuliyyəti artırır".
Fanat.Az