Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət komandasına daha bir oyunçu cəlb olunub.
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, "Sabah” klubunun yarımmüdafiəçisi Eltun Turabov hazırlıq prosesinə qoşulub.
Qeyd edək ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv sentyabrın 6-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsrail komandası ilə qarşılaşacaq. "Dalğa Arena”da keçiriləcək oyun saat 21:00-da başlayacaq.
Fanat.Az