Danimarka Futbol Federasiyası ilə Futbolçular Birliyi arasında davam edən anlaşılmazlıq Slovakiya və Uels yığmaları ilə milli oyunlardan öncə qalmaqala səbəb olub.
Fanat.Az xəbər verir ki, federasiya ilə Futbollar Birliyi futbolçuların reklam, imic və sponsorluq anlaşmalarının da daxil olduğu ticarət haqqları ilə bağlı danışıqlar mənfi nəticələnib. Bu səbəbdən milli komandanın sabah Slovakiya ilə oynayacağı yoldaşlıq, sentyabrın 9-da baş tutacaq Uelslə UEA Millətlər Liqası oyunları təhlükə qarşısında qalıb.
Belə ki, tərəflər arasında anlaşma əldə olunmadığından futbolular milli düşərgəni tərk edib. Federasiya isə dərhal aşağı liqalarda futbolçu axtarışına başlayıb. Lakin federasiyadan dəvət alan futbolçular milli üzvlərinə dəstək olaraq təklifdən imtina ediblər.
Millinin baş məşqçisi Aage Hareyde və köməkçisi Con Dahl Tomasson da futbolçuların tərəfini tutaraq özlərinin seçmədikləri heyəti mydana çıxarmayacaqlarını bildiriblər. Bu səbəbdən federasiya iki oyunluq baş məşqçi axtarışına başlayıb.
Fanat.Az